Paşinyanın yenidən baş nazir seçilmək şansı varmı? - Ekspert


"Azərbaycan və Türkiyə Paşinyanın baş nazir seçilməsində maraqlıdır.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistanın Baş naziri Nikol Paşinyanın apreldə istefasından danışarkən deyib. Onun fikrincə, Paşinyanın yenidən seçilmək şansı yüksəkdir:

"Paşinyan seçiləcək. Çünki keçirilən sorğular, ictimai fikirin oyrənilməsi üzrə hesabatlar və s. Ermənistan cəmiyyəti tərəfindən Qarabağ klanının təkrar hakimiyyətə gəlməsini ehtimal etməyə əsas vermir. Digər tərfdən isə Paşinyanın erməni xalqı ilə təmasında hamının düşündüyünü, lakin dilə gətirmədiklərini aşkar şəkildə bəyan etməsi onun gələcək uğuru barədə bəzi ehtimalları irəli sürməyə imkan verir. Paşinyanın istefası prosedur əhəmiyyətlidir. Paşinyan təkrar seçkilərdə vəzifədə olmayan birisi kimi iştirak etmək üçün istefa verəcək”.


Ədalət Verdiyev qeyd edib ki, Rusiya nə qədər bitərəf qaldığını və bu seçkilərin Ermənistanın daxili işi olduğunu bəyan etsə də, hazırda müxalif düşərgədə yer alan Qarabağ klanından, sabiq prezidentlərdən Robert Köçəryan, olmazsa Serj Sərkisiyan komandasından birinin hakimiyyətə gətirilməsi yönündə fəaliyyətləri diqqəti cəlb edir:

"Düşünürəm ki, Paşinyan bu dəfə də seçkilərdə qələbə qazanaraq başladığı fəaliyyətləri regionda dəhlizlərin açılması, qonşuluq münasibətlərinin bərpa olunması üzrə başladığı işi yerinə yetirməyə çalışacaq”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan apreldə istefa verəcəyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu