Aprelin 5-dən qapanmalar yenə təhsili öz cənginə ala bilər - ekspert


"Son günlərdə məktəblərdə yoluxma hallarını nəzərə alsaq, aprel ayının 5-dən yenidən qapanmalar təhsil müəssisələrini öz cənginə ala bilər”.


Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda kifayət qədər məktəblər koronavirus səbəbindən qapanıb:

"COVİD-dən vəfat edənlər arasında müəllimlərin də sayı çoxalıb. Bu təhlükəli vəziyyətdir. Hesab edirəm ki, bu məsələni diqqətə almaq lazımdır. Bütün bunlar tədrisin yenidən qapana biləcək ehtimalını qaçılmaz edir. Nə qədər xoş olmasa da, şagirdlər arasında yüksək yoluxma halları var”.

Kamran Əsədov bildirib ki, fevral ayında tədris prosesi bərpa olunanda yoluxma hallarının artacağı qaçılmaz idi:

"Rəqəmlərin bu qədər yüksək həddə çatması gözlənilimirdi. Hətta düşünürdük ki, vaksinasiya prosesinin başlanması, eyni zamanda insanların pandemiya dövründə davranış qaydalarına sahib olması ciddi qapanmalara gedilməsini özündə əks etdirməyəcək. Amma təəssüf ki, dünyada və Azərbaycanda son günlər böyük həcmli yoluxmalar var”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu