Yaponiyanın baş naziri ABŞ prezidenti ilə görüşəcək


Yaponiya və ABŞ hakimiyyətləri aprelin 9-da baş nazir Yosihide Suqa və prezident Cozef Baydenin görüşünün uyğunlaşdırılmasına başlayıb.



“Report”un məlumatına görə, bu barədə “Kyodo” agentliyi bildirib.

Agentliyin məlumatına görə, aprelin 8-də Suqanın ABŞ-a səfəri başlayacaq. Səfər dörd gün davam edəcək.

Gözlənildiyi kimi, Yaponiyanın baş naziri Cozef Baydenin şəxsi görüş keçirəcəyi ilk xarici lider olacaq.

Suqa səfərdən əvvəl koronavirusdan peyvənd ediləcək. Tərəfin danışıqların gedişatında Çini, Koreya Xalq Demokratik Respublikasını, iqlim dəyişikliyini və ikitərəfli strateji ittifaq məsələlərini müzakirə edəcəkləri gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu