Topçu Vüsal müharibədən sonra... - Foto


Vətən müharibəsi zamanı “Topçu Vüsal” kimi məşhurlaşan əsgər Şahkərimov Vüsal İslam oğlunun sosial şəbəkələrdə yeni fotosu yayılıb.

“Qafqazinfo” xəbər verir ki, cəsur əsgərin yeni fotosu da əvvəlki kimi hərbi texnikanın - topun fonunda çəkilib.

Qeyd edək ki, Vüsal Şahkərimov hazırda hərbi xidmətini davam etdirir. O, müharibə dövründə düşmənə atəş açdıqdan sonra məğrur duruşu və qorxmazlığı ilə gündəmə gəlmişdi. Cəsur əsgərin müharibənin qızğın vaxtında çəkilmiş fotosu bir müddət sosial şəbəkələrdə profil şəkillərini bəzəmişdi. Hətta sözügedən fotonun Azərbaycanda Tarix dərsliyinin üz qabığı olacağı ilə bağlı məlumatlar yayılmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu