Topçu Vüsalın atası oğlunun yeni fotosundan danışdı: "4-5 gün əvvəl AzTV gedib çəkmişdi"


Vətən müharibəsinin qəhrəmanlarından olan topçu əsgər Vüsal Şahkərimovun atası İslam Şahkərimov oğlunun sosial şəbəkələrdə yayılan yeni fotosundan danışıb.



İ.Şahkərimov "Ölkə.Az"-a açıqlamasında bildirib ki, sözgügedən foto təxminən 4-5 gün əvvəl çəkilib:

"Onu AzTV gedib çəkmişdi. Həmin foto da elə orda çəkilib. Axırıncı dəfə iki gün əvvəl danışmışıq. Vəziyyəti yaxşıdır, narazılıq etmir".

İslam Şahkərimov oğlunun təhsil məsələsi ilə bağlı bunları deyib:

"Deyir, özüm gələndən sonra qərar verəcəyəm, hələ ki vətənin keşiyindəyəm. İnşallah, yayda gəlməlidir".

Qeyd edək ki, Xaçmaz rayonu Qusarçay kəndinin sakini Vüsal Şahkərimov Müdafiə Nazirliyinin yaydığı videodan tanınıb. Top atəşini yerinə yetirdikdən sonra cəsur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı əsgər barədə video və fotolar qısa müddət ərzində sosial şəbəkələrin və medianın gündəminə çevrilmişdi.

Xatırladaq ki, V.Şahkərimov Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu