Azərbaycan XİN İsrailə başsağlığı verib


Azərbaycan Xarici İşlər Nazirliyi Meron dağı yaxınlığında keçirilən Laq Ba-omer dini tonqal qalama mərasimi zamanı yaranan izdihamda 44 nəfərin ölümü ilə bağlı İsrailə başsağlığı verib.



AFN xəbər verir ki, başsağlığı mətni XİN-in rəsmi tviter hesabında paylaşılıb.

"Bu xəbərlər bizi çox kədərləndirdi. Dəhşətli hadisədə həlak olanların ailələrinə, eləcə də İsrail hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk, yaralılara şəfa diləyirik", - başsağlığında bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu