“Balaxanı yolu” təmir edilir


Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə kompleks tədbirlər davam etdirilir.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu çərçivədə “Balaxanı yolu”nda orta təmir işləri aparılır. Təmir işləri zamanı mövcud olan yolun deformasiyaya uğramış hərəkət hissəsinin köhnə asfalt-beton örtüyünün aşınma qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınır. Yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlanan yolun hərəkət hissəsində asfaltlanma işləri görülür.

Sözü gedən yolun orta təmir işləri təqribən 6 kilometrlik ərazidə aparılır. Ümumilikdə 45 min kvadrat metr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. “Balaxanı yolu”nda hərəkətin intensivliyi nəzərə alınaraq təmir işləri sutkanın qaranlıq saatlarında aparılır.Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Yaranan müvəqqəti narahatçılığa görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu