Qadın və kişi sürücü arasında dava düşdü


Bakının Yasamal rayonunda sərnişin avtobusunun sürücüsü səhər saatlarında qalmaqal yaradıb.

77 saylı xətt üzrə hərəkət edən "Otoyol" markalı, 10 TC 854 nömrə nişanlı avtobusun sürücü qəza şəraiti yaradıb.

Hadisə Şərifzadə prospektində baş verib. Avtobus sürücüsü dayanacaqdan çıxarkən arxadan gələn xanım sürücü ilə mübahisəyə başlayıb. Mübahisə getdikcə qızışıb və davaya çevrilib.

Xanım sürücü də öz növbəsində avtobus sürücüsü ilə dalaşıb. Avtobus sürücüsü isə xanım sürücünü təhqir etməyə başlayıb. Qadının atasını söyüb.

Məsələ ilə əlaqədar 77 saylı avtobusun nəzarətində olan "4-cü blok" MMC ilə əlaqə yaratdıq. Şirkətin direktoru Malik Orucovun verdiyi məlumata görə, hadisə barədə məlumatı var. Hazırda baş verən hadisə araşdırılır və əgər avtobus sürücüsünün günahı sübuta yetirilərsə, o cəzalanacaq.

"Xanım sürücü ilə də danışıq aparılacaq. Avtobus sürücüsü yaşlı kişidir. İndi məsələni araşdıracağıq, günahı varsa, onu işdən kənarlaşdıracağıq", - deyə Malik Orucov bildirib.(ANS)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu