408 qaziyə əlillik dərəcələri təyin olunub


"Əyani müayinələr şəraitində Vətən müharibəsində xəsarət alan qazilərdən artıq 408 nəfərə müvafiq əlillik dərəcələri təyin olunub və proses davam edir".

"Report" xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov deyib.

Agentlik sədri xatırladıb ki, həmin qazilərə əlillik təyin olunması üçün ilk növbədə onlar Müdafiə Nazirliyinin Tibb idarəsi tərəfindən şəhadətləndirilməlidir: "Şəhadətnamədə travmanın, yaralanmanın müharibə ilə səbəb əlaqəsi müəyyənləşdirilir və bu sənədə əsasən də yekun mərhələ olaraq qurumumuz tərəfindən əlilliyin qiymətləndirilməsi aparılır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu