Ermənistanda əsgər əsgəri güllələyib


Ermənistan silahlı qüvvələrinin hərbçisi ölüb.


APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 4-də saat 20:00-da cənub istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş mövqeyində əsgər silahla davranma qaydalarını pozub. Nəticədə açılan atəşdən başqa bir əsgər - 2002-ci il təvəllüdlü Artyom Ovikoviç Melkonyan ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu