Vətən müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB


Vətən müharibəsində şəhid olan 31 yaşlı Pərviz Hafiz oğlu Tağıyev dəfn edilib.


Şəhid Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılıb.

***

Vətən müharibəsində şəhid olan 31 yaşlı Pərviz Hafiz oğlu Tağıyevin cənazəsi ailəsinin yaşadığı evə gətirilib.

"Report"un məlumatına görə, hazırda Mingəçevirdə rəsmi şəxslərin, şəhid yaxınlarının və şəhər sakinlərinin iştirakı ilə vida mərasimi keçirilir.

Vida mərasimindən sonra şəhid Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Pərviz Hafiz oğlu Tağıyev 1990-cı ildə anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. Müharibənin ilk günlərindən ailəsi ondan xəbər ala bilməyib. Bu gün onun nəşi Suqovuşan-Tərtər istiqamətində tapılaraq ailəsinə təhvil verilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu