DİN Mehman Hüseynovun paylaşdığı videoya münasibət bildirdi - VİDEO


Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə paytaxt ərazisində özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşa hədə-qorxu gələn şəxslə bağlı yayılan videogörüntülərə münasibət bildirib.



DİN-in Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yayılan videogörüntülərlə bağlı araşdırmalara başlanılıb:

“Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”.

Qeyd edək ki, bloger Mehman Hüseynov sosial şəbəkələrdə yaydığı videoda metronun “Gənclik” stansiyasının yaxınlığında maskasız olan şəxsin özünü polis əməkdaşı kimi təqdim etdiyini iddia edir. Blogerin paylaşdığı videogörüntülərində həmin şəxs M.Hüseynovu da təhqir edərək hədələyib.

M.Hüseynov bildirib ki, həmin şəxsin adı Elxan Tağıyevdir. O, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində hərbi hissə komandiri olub, daha sonra işdən qovulub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu