DGK bayram günləri gündəlik iş rejimində fəaliyyət göstərəcək - VİDEO


Qarşıdan gələn bayramlarla əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri 10, 11, 12 və 15 may tarixlərində gündəlik iş rejimində fəaliyyət göstərəcək.


Bu barədə AFN-ə DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib. Bildirilib ki, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilərlər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu