Mədəniyyət Nazirliyi: Arif Quliyevin dəfn yeri ailəsi tərəfindən müəyyən ediləcək


Mədəniyyət Nazirliyi tanınmış teatr və kino aktyoru, Xalq artisti Arif Quliyevin vəfatından kədərləndiyini bildirib, ailəsi və yaxınlarına başsaşlığı verib.



Bu barədə "Report"a nazirlikdən bildirilib.

"Xalq artistinin dəfni ilə bağlı məsələrə nazirlik tərəfindən müvafiq kömək göstəriləcəyini, dəfn yeri və vaxtının ailəsi tərəfindən müəyyən ediləcəyini bildiririk", - nazirlikdən qeyd olunub.

***11:49

Azərbaycanın Xalq artisti Arif Quliyevin dəfn olunacağı yer müəyyənləşib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, aktyorun cənazəsi bu gün II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Xalq artisti A.Quliyev ötən gün axşam saatlarında müalicə aldığı "Yeni klinika"da dünyasını dəyişib.

Bir müddətdir koronavirusa yoluxan sənətçinin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu