Azərbaycanda ən çox satılan ikinci əl maşınlar: TOP-15


Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2021-ci ilin üç ayının nəticələrinə əsasən ölkəyə idxal olunan avtomobillərin gömrük bəyannamələrinə 132,719 milyon dollar qiymət qoyulub. Göstərilən müddətdə ölkəyə 14 min 219 minik avtomobili idxal olunub.



AFN xəbər verir ki, idxalçılar üçün bir avtomobilin qiyməti orta hesabla 9300 ABŞ dolları və ya 15.800 AZN (Azərbaycan Mərkəzi Bankının məzənnəsi ilə 1 dollar üçün 1.7 AZN) təşkil edir.

Azərbaycanda onlayn maşın bazarını araşdırarkən maraqlı nəticələrə gəlmək olur.

Məsələn, Rusiya avtomobil sənayesinin nümayəndələri satılan ikinci əl avtomobil bazarında hələ də liderlər arasında qərarlaşıb. Belə ki, bir çox sürücü ikinci əl avtomobil alarkən Rusiya istehsalı olan maşınlara da üstünlük verirlər.

Ölkədə ən çox satılan işlənmiş avtomobillərin reytinqində hansı marka avtomobillər yer alır? BAKU.WS ikinci əl avtomobil bazarını araşdırıb və təhlil üçün Tut.az pulsuz elanlar saytının Maşınların alqı satqısı bölməsindən istifadə edib.

Ən çox satılan ikinci əl avtomobillərin reytinqinə alman mühəndisi və ixtiraçısı Karl Benzin sənət əsəri olan "Mercedes" başçılıq edir.

2. LADA (VAZ) kiçik bir fərqlə ikinci yerdədir.

3. "Hyundai" maşınları ilə vidalaşmaq istəyənlər reytinqdə üçüncü yerdə qərarlaşır. Cənubi Koreya zavodunun məhsulları "Mercedes"lə müqayisədə təxminən üç dəfə azdır.

Siyahıda yer alan digər markaların ardıcıllığı belədir:

4. Toyota

5. BMW

6. Chevrolet

7. Kia

8. Opel

9. Ford

10. Volkswagen

11. Nissan

12. Mitsubishi

13. Renault

14. Daewoo

15. Lexus



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu