Həbs edilən DSX polkovniki azadlığa çıxdı


DSX Sahil Mühafizəsinin vəzifəli şəxsi polkovnik Əzizov Samiq Yusif oğlu həbsdən azadlığa buraxılıb. Ona şərti cəza verilib.



Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Samiq Əzizov şərti cəza alıb.

Qeyd edək ki, polkovnik DSX polkovniki digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaratmaqda ittiham olunurdu.

Ona qarşı Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə ittiham irəli sürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu