WhatsApp qaydalarda dəyişiklik edir - Qadağalar tətbiq olunacaq


WhatsApp mesengeri bəzi qaydalarına dəyişikliklər edəcək.



Qaynarinfo xəbər verir ki, bu barədə Texnobloger Fərid Pərdəşünas bildirib. O, Facebook səhifəsində tətbiqin bu addımı barədə yazıb.

"WhatsApp rəsmi olaraq bildirir! 15 May tarixinə qədər yeni şərtləri qəbul etməyənləri aşağıdakı aqibət gözləyir.

15 May tarixindən sonra WhatsApp qaydalarını qəbul edəsiniz deyə tez-tez bu bildirişi qarşınıza çıxaracaq.

Zamanla qaydaları qəbul etməyənlər yavaş-yavaş mesajlaşma çatlarını görə bilməyəcəklər. Amma səsli və video zəng qəbul edə biləcəklər.

Bu mərhələdə də sazişi imzalamayanlar, növbəti mərhələdə artıq bunları və heç bir bildirişi qəbul edə bilməyəcək.

Yəni 15 maydan sonra hesablar silinməyəcək. Sadəcə limitlənəcək və məcbur ediləcək ki, qaydalarla razılaşsınlar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu