Udilər Laçındakı "Ağoğlan" məbədində növbəti dəfə ibadət ediblər


Bu gün Laçın rayonunda səfərdə olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri növbəti dəfə "Ağoğlan" məbədini ziyarət ediblər.


İcma nümayəndələri Pasxa bayramı ərəfəsində monastırda dini ayinlərini icra ediblər və şamlar yandırıblar.

Beləliklə, qədim Alban kilsəsinin əsl varislərinin "Ağoğlan" məbədinə 180 ildən sonra üçüncü ziyarəti reallaşıb.

Qeyd edək ki, səfərdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və media nümayəndələri iştirak edirlər.

Səfər Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu