Yer kürəsində son iki ilin ən güclü maqnit qasırğası olub


Mayın 12-də axşam saatlarında Yer kürəsini əhatə edən maqnit qasırğası qeydə alınıb.



“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyası Fizika İnstitutundan bu barədə verilən açıqlamaya əsasən, bu, 2019-cu ildən bu yana ən güclü maqnit qasırğasıdır.

Qeyd olunub ki, maqnit sahəsinin dalğaları 9 maqnitudalıq cədvəl üzrə 7 maqnitudaya çatıb. Bu da enerji və rabitə sistemlərində ciddi nasazlıqlar yaranması üçün kifayətdir.

Həmin vaxt Günəşdə gözlənilən hər hansı prosesin baş vermədiyi bildirilib.

Hazırda Günəşdəki partlayışın intensivliyi aşağı səviyyədədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu