Bərdədə pambıq zavodu yandı


Bərdə Pambıqtəmizləmə Zavodunda yanğın baş verib.

"Report" xəbər verir ki, günorta saatlarında başlayan yanğının qarşısı qısa zamanda alınıb.

Yerli sakinlərin verdiyi məlumata görə, rayon ərazisində fəaliyyət göstərən Bərdə Pambıqtəmizləmə Zavodunda yanğın baş verib. Yanğın qısa müddətdə genişlənərək ətrafı bürüyüb.

Geniş əraziyə yayılan alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin briqadası cəlb edilib.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində pambıq tayasının qalan hissəsi və bitişik tayalar yanğından mühafizə olunub.

Hələlik yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu