İsgəndər Mahmudov "Kalaşnikov" konserninin sahiblərindən oldu


Rusiyanın Ural Dağ-Metallurgiya Şirkətinin sahibi İsgəndər Mahmudov "Kalaşnikov" silah konserninin sahiblərindən birinə çevrilib.

Mahmudov Rusiyanın "Rostex" dövlət korporasiyasına daxil olan "Kalaşnikov"un səhmlərinin 12,25%-ni öz tərəfdaşı Andrey Bokarevdən satın alıb. Beləliklə, səhmlərin 25%-i İsgəndər Mahmudova məxsusdur. Səhmlərin 51%-i isə "Rostex"də qalıb. Andrey Bokarevin əlində isə səhmlərin 12,25%-i var.

"Turan" xatırladır ki, "Kalaşnikov" konserni 2013-cü ilin avqust ayında qeydiyyatdan keçirilib. O, Rusiyanın İjevsk şəhərində yerləşən iki müəssisənin - "İjmaş"ın və İjevsk Mexanika Zavodunun əsasında yaradılıb. Konserndə avtomat və snayper silahları, idarə olunan artilleriya mərmiləri və geniş çeşiddə mülki məhsullar istehsal edilir.

“Forbes”in məlumatına görə Rusiyanın 15-ci varlı adamı olan İsgəndər Mahmudovun kapitalı 2,7 milyard dollara bərabərdir. Milliyyətcə özbək olan İsgəndər Mahmudov 1963-cü ildə Buxara şəhərində anadan olub. 1980-ci illərdə Daşkənddə gizli sex sahibi kimi çalışan İsgəndər Mahmudov 1991-ci ildə Moskvaya köçüb və leqal bizneslə məşğul olmağa başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu