“Deputatlara deyin ki...”-Faiq Sücəddinov


“Azərbaycan mahnılarının oğurlanmasında günah Müəllif Hüquqları Agentliyindədir. Mahnılara görə nə qədər müraciət etmişəm, heç bir cavab ala bilməmişəm”.

Bunu tanınmış bəstəkar Faiq Sücəddinov millət vəkili Etibar Hüseynovun “Tarla qızları” mahnısının oğurlanması ilə bağlı iddiasına münasibət bildirərkən deyib.

Bəstəkarın fikrincə, Qafqaz xalqları, o cümlədən gürcülər, ermənilər Azərbaycan mahnılarını oğurlayır, amma buna qarşı heç bir addım atılmır: “Əslində bu işlə Müəllif Hüquqları Agentliyi məşğul olmalıdır. Amma nə qədər mahnıya görə Agentliyə müraciət olunsa da heç bir cavab verilməyib. Dəfələrlə nə qədər mahnının oğurlanmasına görə, müraciət etmişəm. Müraciətimə baxan yoxdur.

Məsələn, Türkiyədə “Kral TV”də Fikrət Əmirovun “Reyhan” mahnısını oxumuşdular. Mahnını anonim imza ilə təqdim etmişdilər. Belə şey ola bilər? Mənim “Neylərsəm” mahnımı 2 ay oxudular. Yenə də anonim yazmışdılar. Həmin müğənnini axtardım tapdım. Ankarada yaşayan tehranlı idi. Məndən üzr istədi. Amma Müəllif Hüquqları Agentliyindən heç bir səs-səmir çıxmadı. Onlar məhkəməyə verməlidirlər. Soso Pvliaşvili kimdi axı, mahnı oğurlasın?”.

Mahnıların oğurlanmasında Müəllif Hüquqları Agentliyini günahlandıran bəstəkar onların heç bir iş görmədiyini bildirib: “Mahnını oxuyanlar aşağıda Azərbaycan xalq mahnısı, ya da bəstəkar mahnısı olduğunu göstərməlidir. Müəllif Hüquqları Agentliyi heç bir iş görmür deyə onlar da oğurlayırlar. Bunu televiziyada dəfələrlə demişəm.

Hörmətli deputatlarımıza da deyin Müəllif Hüquqları var. Onlar mahnılarımızı anonim oxuyanlara dava açmalı, məhkəməyə verməlidir. Fikrət Əmirovun “Reyhan” mahnısını həmişə anonim yazırlar. Nə üçün? Xaçaturyan “Spartak baleti”də Azərbaycanın “Vağzalı”nı yazmışdı. Ermənilər bir yox, beş yox, saysız hesabsız mahnılarımızı oğurlayıblar".

Qeyd edək ki, Milli Məclisin deputatı Etibar Hüseynov bir vaxtların məşhur “Tarla qızları” mahnısının oğurlandığını, Soso Pavliaşvilinin isə həmin mahnını hitə çevirdiyini iddia edib.

Millət vəkili bildirib ki, “Jor Meloyanın Soso Pavliaşviliyə sırıdığı "Tost " mahnısı artıq nəçə ildir ki, Rusiyada bir hitə çevrilib. Ona görə "sırıdığı" yazdım ki, bu, Zeynəb Xanlarovanın (səhv etmirəmsə həm də İlhamə Quliyevanın) 70-80 cı illərdə ifa etdiyi "Tarla qızları" (mus. Oqtay Kazımov) mahnısının plagiatıdır. Sadəcə yeni aranjimanda təqdim olunub. Ancaq çox təəssüf ki, artıq bu cür oğurluqlara bir növ adətkarıq və qarşısını ala bilmirik.(azvision.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu