Apelyasiya Məhkəməsi bir gündə iki nəfəri həbsdən buraxdı


Bu gün Bakı Apelyasiya Məhkəməsində iki nəfər azadlığa buraxılıb.

Bu barədə virtualaz.org saytına vəkil Ceyhun Yusifov məlumat verib.

Vəkilin sözlərinə görə, dələduzluqda ittiham olunan Yusif Əmrahov və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Ruslan Ocaqquliyev barəsində həbs-qətinkan tədbiri dəyişdirilib: “Bir gündə iki qətimkan tədbirindən verilmiş ayri-ayrı apelyasiya şikayətləri təmin olunaraq iki ayrı cinayət işində (Cinayət Məcəlləsinin 178.3.2 və 234.1-ci maddələri ilə təqsirləndirilirdilər) barəsində həbs-qətimkan tədbiri seçilmiş iki şəxs azadlığa buraxılıb”.

Qeyd edək ki, hər iki şəxs barəsində 3 aylıq həbs-qətimkan tədbiri dəyişdirilib və polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Vəkil bunu ədalətin təntənəsi adlandırıb. O, həmçinin Bakı Apelyasiya Məhkəməsinin hakimləri Camal Ramazanova və Səvxan Mirzəyevə təşəkkür edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu