Ağalarovlar Moskvada biznesini genişləndirir


Azərbaycanlı iş adamı Araz Ağalarova və oğlu Emin Ağalarova məxsus “Crocus Group” şirkəti Moskvada daşınmaz əmlak biznesini genişləndirir.

Virtualaz.org saytı TASS agentliyinə istinadən xəbər verir ki, şirkət sərəncamında olan torpaq sahələrinin və resursların mənimsənilməsi vəzifəsini həyata keçirir.

Bu məqsədlə developer şirkəti Moskvada “Vegas-2” və “Vegas-3” ticarət-əyləncə mərkəzlərinin tikintisinə 600 milyon dollar yatıracaq. Bu haqda şirkətin birinci vitse-prezidenti Emin Ağalarov bildirib.

“Kuntsevoda “Vegas-3” ticarət mərkəzinin tikintisinə biz 500 milyon dollar yatıracağıq, kompleks 2017-ci ildə açılacaq”- deyə Emin Ağalarov bildirib.

Hazırda şirkətlər qrupunun Moskvanın Kaşirsk şossesində “Vegas-1” və “Vegas-2” (“Crocus Sity”də yerləşir) iki obyekti açılıb. Onların ümumi sahəsi 700 min kvadratmetrə yaxındır.

“Vegas-2 Mayakinino” ticarət-əyləncə mərkəzinin genişləndirilməsinə isə şirkət 40 milyon yatıracaq. Daha 50 milyon dollar isə “Crocus City”nin yaxınlığında 12 min kvadratmetrlik okeanariumun tikintisinə sərf olunacaq. Orada Rusiya üçün xarakterik olan müxtəlif iqlim zonalarından gətirilmiş balıqlar olacaq.

“Rossiya 24” kanalına müsahibə verən Araz Ağalarov isə deyib ki, hazırda onlar 13 çoxmərtəbəli binadan ibarət yaşayış-biznes mərkəzinin tikintisi layihəsi üzərində işləyirlər.

A.Ağalarov deyib ki, hələlik onun şirkəti Rusiyanın ucqarlarına investisiya yatırmağı fikirləşmir.

“Uzaq Şərq kimi regionlara çıxmaq üçün bizim gücümüz sadəcə olaraq yoxdur. Çünki Moskvadakı layihələrimizin həcmi böyükdür”- deyə iş adamı bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu