Sabirabadda ağır qəza: 1 ölü, 4 yaralı


Sabirabadda baş verən yol qəzasında bir ailənin 4 üzvü yaralanıb, biri isə ölüb.

Sabirabad Rayon Polis Şöbəsindən verilən məlumata görə, avtoqəza axşam saat 20.50-də, Sabirabad rayonunun Güdəcühür kəndi ərazisində baş verib.

Sabirabad rayonunun Qaratoğay kənd sakini, 1990-cı il təvəllüdlü Hənifəyev Heybətin idarə etdiyi “Mercedes” markalı 90 UF 115 dövlət nömrə nişanlı avtomobil Axtaçı-Muğan kənd sakini, 1977-ci il təvəllüdlü Məhəmmədov Məhəmməd Şahin oğlunun idarə etdiyi "VAZ-2107" markalı 99 AM 524 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə "VAZ-2107" markalı avtomobildə olan sərnişin, Axtaçı-Muğan kənd sakini 1975-ci il təvəllüdlü Mehdiyev Adəm Nüsrət oğlu xəstəxanaya aparılarkən yolda ölüb.

"VAZ-2107" markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişinlər -Axtaçı-Muğan kənd sakinləri, 1983-cü il təvəllüdlü Məhəmmədov Məhəbbət Şahin oğlu, 2009-cu il təvəllüdlü Məmmədli Şahin Məhəmməd oğlu və 1981-ci il təvəllüdlü Mehdiyev Namiq Böyükağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır (APA).



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu