Xidmətini başa vuran hərbi qulluqçular ehtiyata buraxılmır?


Xidmət müddətini başa vuran hərbi qulluqçuların ehtiyata buraxılmaması məsələsinə aydınlıq gətirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov "Report"a açıqlamasında bildirib ki, hərbi xidmət müddətini başa çatdıran şəxslərin hələ də hərbi hissələrdə saxlanması və ehtiyata buraxılmaması haqda yayılan məlumatlar həqiqəti əks etdirmir.

O bildirib ki, iyulun 1-dən başlayaraq ayrı-ayrı hərbi hissələrdə hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanılıb: "Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevin imzaladığı sərəncama əsasən, iyulun 1-dən 30-dək həm hərbi xidmətə çağrış, həm də ehtiyata buraxılma prosesi həyəata keçirilir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu