Xalid Bağırov Vəkillər Kollegiyasından çıxarılıb


Bu gün Nizami rayon Məhkəməsində vəkil Xalid Bağırovun Vəkillər Kollegiyasından xaric olunması barədə kollegiyanın verdiyi iddia üzrə qərar verilib.

Bu barədə APA-ya məlumat verən X. Bağırov bildirib ki, məhkəmə onun kollegiyadan xaric olunması barədə qərar qəbul edib.

X. Bağırov bildirib ki, bir müddət əvvəl Vəkillər Kollegiyası onun kollegiyadan xaric olunması barədə təqdimatla məhkəməyə müraciət edib.

Qeyd edək ki, bundan əvvəl isə Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə X. Bağırovun vəkillik fəaliyyətimə xitam verilib.

X. Bağırovla bağlı Şəki Apellyasiya Məhkəməsinin hakimi Mirbahəddin Hüseynovun Vəkillər Kollegiyasına müraciət edib. O, Şəki Apellyasiya Məhkəməsində Tofiq Yaqublu və digərlərinin məhkəməsi keçirilən zaman X. Bağırovun dövlətçilik əleyhinə çıxışlar etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu