Mənsimovun “Poet Qabil”i türk oliqarxların mülkiyyətinə keçdi


Azərbaycanın xalq şairi Qabilin adını daşıyan neft tanker türkiyəli oliqarxların Maltadakı offşor şirkətinin mülkiyyətinə keçib.

Bu haqda Türkiyənin “Deniz Haber” portalı yazır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailə üzvlərinə məxsus “BMZ Group Denizçilik” şirkəti üçün azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali” şirkətinin sifarişi ilə Türkter tərsanəsində inşa edilən “Poet Qabil” adlı tankerin Maltada qeydiyyatdan keçmiş “Oil Transportation & Shipping” adlı şirkətə verildiyi məlum olub.

“BMZ Group” şirkətinin payçıları Mustafa Ərdoğan, Nəcməddin Bilal Ərdoğan və Ziya İlgendir. Gəmi “Palmali”nin “Albaraka Türk Bankası”ından aldığı kredit hesabına inşa edilib. Bu ilin aprelində suya endirilib və üzərində Türkiyə bayrağı qaldırılaraq “BMZ Group” şirkətinin adına qeydiyyatdan keçirilib.

Lakin iyulun 1-də tanker Maltada qeydiyyatdan keçmiş, səhmdarları Ərdoğan ailəsinin üzvləri olan “Oil Transportation & Shipping” şirkətinin mülkiyyətinə verilib. Eyni zamanda tankerin üzərində Malta bayrağı qaldırılıb və “Palmali” şirkəti tərəfindən 10 illiyə kirayəyə götürülüb. Tanker neft və neft məhsullarının daşınması ilə məşğul olacaq.

“Deniz Haber” tankerin Malta şirkətinə verilməsini əks etdirən foto-sənədləri də yayıb.

Bu, “Palmali” şirkətinin cəlb etdiyi kreditlə və “BMZ Group” şirkətinin sifarişi əsasında inşa edilən, eyni sxemlə “Oil Transportation & Shipping” şirkətinə verilən üçüncü tankerdir.

Qeyd edək ki, “Deniz Haber” portal Mənsimovun Ərdoğan ailəsi ilə dolaşıq gəmiçilik biznesi barədə vaxtaşırı olaraq yazır. Mənsimov isə bu portalı məhkəməyə verib.

[medium]http://afn.az/uploads/posts/2015-07/1437056653_mubarizmen2.jpg[/medium]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu