"Nikoyl Bank"ın Müşahidə Şurasında dəyişiklik olub


"Nikoyl Bank" QSC-də kadr dəyişikliyi baş verib.

Belə ki, Valentina Koriçina bankın Müşahidə Şurasından çıxarılıb. Müşahidə Şurasının yeni üzvü Sergey Mitirev olub. O, eyni zamanda, "Uralsib" maliyyə korporasiyasının baş direktorunun müşaviridir. V. Koriçina isə "Uralsib"in vitse-prezidenti, bank biznesinin korporativ idarəetmə müdiridir.

Hazırda bankın Müşahidə Şurasının sədri vəzifəsini İsgəndər Xəlilov tutur.

Şuranın üzvləri bunlardır: İldar Muslimov ("Uralsib" maliyyə korporasiyasının İdarə Heyətinin sədri), Pavel Suxoruçkin ("GLL Services LTD" şirkətinin icraçı direktoru), Marina Kuleşova ("Topaz Investments" MMC-nin direktoru), Sergey Mitirev ("Uralsib" maliyyə korporasiyasının baş direktorunun müşaviri), Aleksey Sazonov ("Uralsib" ASC-nin İdarə Heyəti sədrinin müavini), İvan Romanovskiy ("LukOil" ASC-nin prezidentinin köməkçisi, aparat rəhbərinin birinci müavini).

Azərbaycanın aparıcı banklarından biri olan "Nikoyl Bank" QSC-nin səhmdarları "Topaz İnvestments" QSC (56,4 %), "Nikoyl" QSC (42,6%) və "ISR Holding" MMC-dir (1,0%). (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu