Xalq artisti nazirdən gileyləndi: "Məni təbrik etmədi..."


“Artıq hamı məni yaddan çıxarıb. Ad günümdə həmkarlarımın heç biri evimə gəlmədi. Deyəsən unudulmuşam”.

Bunu ötən gün 67 yaşına qədəm qoyan tanınmış aktyor, Xalq artisti Ramiz Əzizbəyli deyib.

Xalq artisti ad günündə Mədəniyyət və Turizim Naziriliyindən, o cümlədən nazir Əbülfəz Qarayevdən təbrik gözlədiyini gizlətməyib.

“Millət vəkili Adil Əliyevin dostları ilə bizə gəlməsi çox xoş oldu. Ona öz təşəkürümü bildirirəm. Bütün dostlarım zəng edərək məni təbrik etdilər. Amma həmkarlarımın heç biri evimizə gəlmədilər. Mədəniyyət və Turizim Naziriliyindən, nazir Əbülfəs Qarayevdən təbrik gözləyirdim, amma deyəsən məni yaddan çıxarıblar”.

Sonda isə xalq artisti səhhətinin yaxşı olduğunu deyib.

Qeyd edək ki, R.Əzizbəyli bir müddət öncə yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Bu olaydan sonra Xalq artistinin səhhətində müəyyən problemlər yaranmışdı.(azvision.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu