Azərbaycan bazarını ucuz “Jiquli”lərlə dolduracaqlar


Azərbaycan Rusiyanın “Lada” markalı avtomobillərinin əsas idxalçılarından birinə çevriləcək.

Bu barədə “AvtoVAZ” şirkətinin prezidenti Bu Andersson bəyan edib.

Bu Anderssonun sözlərinə görə, “Lada” avtomobilləri yeni standartlara keçəndən sonra Rusiya bazarı ilə yanaşı daha 15-20 ölkəyə satılacaq.

“İyulun 1-dən etibarən bizim avtomobillər Avropa standartlarının bütün tələblərinə cavab verir. Şirkətimiz 2015-ci ildə 70 min avtomobil ixracına dair müqavilələr imzalayıb. İdxalatçı ölkələrin ilk “beşliyi”nə Qazaxıstan, Azərbaycan, Misir, Ukrayna və Almaniya daxildir” - deyə B.Andersson bildirib.

2015-ci ilin birinci yarısında Azərbaycan 17640 ədəd “Lada” idxal edib. 2014-cü ilin müvafiq dövründə isə 34359 avtomobil gətirilmişdi.

Bu ilin birinci yarısında idxal edilən nəqliyyat vasitələrinin 15745-i avtomobillər olub.(virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu