Korrupsiya İdarəsi 13 nəfəri axtarır


Bu il ərzində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət törətmiş 13 nəfər barəsində axtarış elan edilib.

Bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən cari ilin birinci yarısında korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərlə bağlı mətbuat konfransında idarənin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, axtarışda olan 2 nəfər həbs edilib və barələrində istintaq aparılır. İdarə rəisi deyib ki, digər şəxslərin həbs edilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirilir.(azvision.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu