Xızıdakı yanğın meşəyə keçdi-YENİLƏNİB


Yanğının söndürülməsi üçün Xızıya 50 nəfərlik əlavə heyət göndərilib


Bu gün saat 12 radələrində Xızı rayonunun Dizəvər yaylağında yanğın baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, naməlum səbəblərdən baş verən yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısının alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda meşə fondu ilə sərhəd olan yaylaqda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi və operativ işlər davam etdirilir.

Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi və Aviasiya dəstəsinin helikopteri qeyd edilən tüstülənmə ocaqlarının söndürülməsinə cəlb olunub. Hazırda əməliyyat davam edir.

**

Hadisənin ciddiliyi nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək, Nazirliyin 50 nəfərlik heyəti də Xızı rayonuna yola düşüb. Bunu nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O, qeyd edib ki, yaylaqda baş verən yanğın küləkli hava şəraiti ilə əlaqədar daha geniş ərazini əhatə edib: “Yanğın qismən meşə fondu torpaqlarına keçib və kol-kos yanğına məruz qalıb”.

Onun sözlərinə görə, hazırda yanğının söndürülməsi istiqamətində ciddi tədbirlər davam etdirilir.

***
15:46

İyulun 28-də saat 12 radələrində Xızı rayonunun Dizəvər yaylağında yanğın baş verib.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, naməlum səbəblərdən baş verən yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısının alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda meşə fondu ilə sərhəd olan yaylaqda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi və operativ işlər davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu