336 məhkuma şəxsiyyət vəsiqəsi verildi


Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Xəbərə görə, növbəti belə tədbir sözügedən baş idarənin və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşlarının iştirakı ilə cəzaçəkmə müəssisələrində baş tutub, bu zaman cəza çəkən, şəxsiyyət vəsiqəsi olmayan 336 məhkum şəxsiyyət vəsiqəsi ilə təmin olunub.

Bununla yanaşı, ötən ay Şirvan ŞPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun əməkdaşları tərəfindən şəhərin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələrində keçirilən səyyar xidmət zamanı 263 nəfərə yeni sənədlər təqdim edilib.

İşin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədini güdən belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu