İnsan Alverinə Qarşı Mübarizə İdarəsində monitorinq keçirilib


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsində monitorinq keçiriblər.

Bu barədə məlumat verən E. Behbudov bildirib ki, idarənin müvəqqəti saxlanma yerində bir qadın olub: “Həmin qadın insan alverində təqsirləndirilərək azadlıqdan məhrum edilib. Hazırda məhkumluq həyatı yaşayan həmin qadın prokurorluq tərəfindən dindirilmək üçün idarəyə gətirilib. O, saxlanma şəraitindən heç bir şikayəti olmadığını dedi”.

E. Behbudov daha sonra İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevlə görüşüb.

APA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu