Qaz kəmərindəki partlayışın səbəbi müəyyənləşdi


Türkiyədə Bakı-Tbilisi-Ərzurum qaz kəmərində partlayış qaz sızması nəticəsində baş verib və terror aktı deyil.

AzVision.az xəbər verir ki, bunu Trend-ə boru kəmərinin keçdiyi Türkiyənin Qars vilayətinin valisinin ofisindən telefonla deyiblər.

Qeyd edilib ki, partlayışa səbəb boru kəmərindəki qaz sızması olub.

Xatırldaq ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Sarıqamış rayonu əraizindən keçən hissəsində partlayış baş verib. Hazırda boru kəmərində qazın nəqli dayandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu