Azərbaycan İranda "Külək parkı" tikəcək


Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndə heyətinin İrana səfəri çərçivəsində qurumun sədri Akim Bədəlov İranın nergetika naziri Həmid Çitçiyan, onun müavini Huşəng Fəlahətian və Bərpa Olunan Enerji Təşkilatının (SUNA) rəhbərliyi ilə görüşlər keçirib.

Bu barədə virtualaz.org saytına Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə tərəflər arasında alternativ və bərpa olunan enerji mənbələri sahəsində əlaqələrin möhkəmləndirilməsi və gələcəkdə bu əməkdaşlığın daha da gücləndirilməsi məsələləri müzakirə edilib.

Sonda Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə İran Energetika Nazirliyi arasında 2014-cü il noyabrın 12-də Bakıda imzalanmış anlaşma memarandumu çərçivəsində İranın Xaf şəhəri ətrafında yaradılacaq “Külək parkı” layihəsinin “Azalternativenerji” MMC tərəfindən həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu