“Zəngəzur”da zəhərlənənlərdən 75-i evə buraxıldı


Binəqədi rayonundakı “Zəngəzur” şadlıq sarayında baş verən kütləvi zəhərlənmə ilə bağlı xəstəxanaya yerləşdirilənlərdən 75-i evə buraxılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, “Zəngəzur” şadlıq evində kütləvi şəkildə zəhərlənərək Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdirilən xəstələrdən 75-i evlərinə buraxılıb.

Hazırda xəstəxanada yalnız 2 uşaq qalır. Onların isə vəziyyəti stabilləşməyə doğru gedir və yaxın vaxtda hər iki uşaq evlərinə buraxılacaq.

Qeyd edək ki, “Zəngəzur” şadlıq sarayında keçirilən toy mərasimində 77 nəfər qidadan zəhərlənmişdi. Onların “paytaxt salatı”ndan zəhərləndiyi ehtimal olunurdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu