4 rayonun interneti kəsildi


Bərdə, Ağdam, Tərtər, Ağcabədi rayonlarına internetin verilməsi dayandırılıb.

Bu gün saat 09:00-dan sonra adıçəkilən rayonların sakinləri internetdən istifadə edə bilmirlər.

Qeyd edək ki, bu rayonları internetlə “Delta Telekom” şirkəti təmin edir.

Sakinlərə bildirilib ki, problem paytaxtdan internetin ötürülməməsi bağlıdır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi, nazirin müşaviri Müşfiq Əmirov bu məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, bu rayonlara internetin bərpası istiqamətində iş gedir. “Eyni zamanda, problemin hansı səbəbdən qaynaqlandığı araşdırılır. 1-1,5 saata problem həllini tapacaq, bu rayonlara internetin verilməsi bərpa olunacaq”, - deyə M.Əmirov vurğulayıb (APA).



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu