Bakcell 10% bonuslu 3 AZN nominallı ödəmə kartlarını təqdim edir


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti mövcud ödəmə kartları ilə yanaşı abunəçilərin istifadəsi üçün 3 AZN nominallı yeni ödəmə kartlarının satışına başlayıb.

"Bakcell" həmçinin yeni 3 AZN-lik ödəmə kartının istifadəyə verilməsi ilə yanaşı CIN abunəçiləri üçün yeni kampaniyaya start verib. Bu kampaniya çərçivəsində balansını yeni 3 AZN-lik ödəmə kartı ilə artıran CIN abunəçiləri yüklədikləri məbləğin 10%-i dəyərində bonus qacanacaqlar.
Abunəçilər əldə olunan bonusları şəbəkədaxili zəng, SMS, MMS və mobil internet üçün istifadə edə bilərlər. 3 AZN nominallı ödəmə kartlarının istifadə müddəti 30 gün təşkil edir.
Beləliklə "Bakcell" şirkəti bundan sonra abunəçilərə bu nominallı kartlar təklif edəcək: 1 AZN, 2 AZN, 3 AZN, 5 AZN, 10 AZN və 20 AZN.
Yeni kartla əlaqəli kampaniya barədə məlumat əldə etmək üçün *555#YES kodunu yığmaq yetərlidir. Bu sorğu üçün abunəçinin balansından heç bir məbləğ tutulmur.
Yeni 3 AZN və digər nominallı ödəmə kartları barədə ətraflı məlumatı www.bakcell.com keçidindən istifadə edərək əldə etmək olar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu