İki saata 30 cərimə aktı


Balakən rayonunda avtomobilləri atmosferi çirkləndirən sürücülərə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Yol Polisi (DYP) və 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə birgə reyd keçirib.

Reyd zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələnib.

Reyd zamanı avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra sahibləri haqda müvafiq qaydada qərar qəbul edilib və belə sürücülərə cərimə protokolu yazılıb. Polis əməkdaşlarının sürücülərin avtomobilindən çıxan dəm qazının normadan artıq olduğunu onlara izah etməsinə baxmayaraq, bəzi sürücülər yazılan cərimələrlə razılaşmayıb.

2 saatdan artıq keçirilən reyd zamanı 50-yə yaxın avtomobil saxlanılıb. Normadan artıq dəm qazı olan 30 avtomobilin sürücüsünə inzibati protokollar yazılıb.

Qeyd edək ki, "Təmiz hava" aylığı çərçivəsində keçirilən reyd zamanı bütün növ avtomobilər saxlanılır. Ən çox normalara uyğun gəlməyən isə Rusiya və sovet istehsalı olan avtomobillərdir. (report.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu