Alimlər xərçənglə mübarizədə yeniliyə nail olublar


ABŞ-dan olan alimlər xərçənglə mübarizədə yeniliyə nail olublar

Xəstəliklə mübarizə aparmaq üçün “tilov” sınaqdan keçirilib

Bostonun Şimali-Şərq universitetindən olan biotexnoloqlar qandakı iri molekulları tuta bilən universal biokimyəvi sensor yaradıblar.
Afn.az arqumentı i Faktı nəşrinə istinadən xəbər verir ki, ABŞ-da xərçənglə mübarizədə istifadə edilmək üçün yaradılan biosensorların uğurlu sınaqları həyata keçirilib.
Biosensor özlüyündə karbondan hazırlanan nanoborucuqdur, bir növ biokimyəvi “tilovdur”, hansı ki, onun köməyilə qan molekullarından insulin, zülal, xərçəng hüceyrələri və xəstə adamların qanlarındakı digər iri hüceyrələri “tutmaq” mümkün olur.
Sınaq Bostonun Şimali-Şərq universitetində həyata keçirilib.
Nanoborucuğun fərqləndirici cizgilərindən biri olaraq alimlər lazer və yaxud digər işıq növləri ilə şüalandırıldığı zaman onun fluoresensiyaya uğrama qabiliyyətini xüsusi qeyd ediblər. Bu isə qanda olan biomolekulların cəmləşdiyi yeri və ya hətta tək-tük olan xərçəng hüceyrələrini dəqiqliyi ilə qiymətləndirməyə imkan verir.
Alimlər ümid edirlər ki, yeni kəşfin yaxın zamanlarda kliniki sınaqları həyata keçiriləcək və onun tibb sahəsində istifadəsinə başlanılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu