Azərbaycanlı qadın İqdırda bomba həyəcanı yaşatdı


Dünən azərbaycanlı qadın Türkiyənin İqdır şəhərində polislərə həyəcan yaşadıb.

Haberler.com saytı xəbər verir ki, azərbaycanlı qadın polis bölməsinin yaxınlığında yerləşən beton baryerlərin yanına çemodanını qoyub.

Çemodanı görən polis əməkdaşları çemodanda partlayıcı qurğunun olmasından ehtiyatlanaraq əməliyyat keçiriblər.

Polis yolu bağlayıb və çemodanı partlatmaq üçün əməliyyata başlayıblar. Elə bu zaman hadisə yerinə gələn azərbaycanlı qadın çemodanını su almaq üçün mağazaya getdiyindən həmin yerdə qoyduğunu bildirib.

Çemodan qadına təhvil veriləndən sonra yol avtomobillərin hərəkəti üçün açılıb.

Qeyd edək ki, son zamanlar antiterror əməliyyatları ilə bağlı İğdırda jandarma və polis bölmələrinin yerləşdiyi binaların ətrafına beton baryerlər yerləşdirilib (oxu.az).



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu