Göyçayda 82 yaşlı kişi intihara cəhd edib


Göyçay rayonunda intihara cəhd olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Bığır kəndində qeydə alınıb. Kənd sakini, 1933-cü il təvəllüdlü Səmədov Qudu Xalid oğlu yaşadığı evdə qolunun damarını ülgüclə kəsib. Çoxlu qan itirən 82 yaşlı kişi təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində onu xilas etmək mümkün olub. İntihara cəhdin səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu