Dövlət Komitəsi “beşbarmaq”larla bağlı xəbərdarlıq etdi


Dövlət Gömrük Komitəsi (DGK) soyuq silahların qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhdlərlə bağlı xəbərdarlıq edib.

Afn.az DGK-nin məlumatına istinadla xəbər verir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi işbazlar yenə də xarici ölkələrdən əzici-vurucu, habelə kəsici-deşici xassəyə malik, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən, mülki dövriyyəsi qadağan edilən vasitələrin - soyuq silahların qanunsuz yollarla respublikamıza gətirilməsinə cəhd göstərirlər.

“Lakin həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin gömrük orqanları tərəfindən bu kimi halların qarşısı qətiyyətlə alınır.

Son günlər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən bu kimi bir neçə fakt aşkarlanmışdır. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində, ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikasına İstanbul-Bakı və Antalya-Bakı aviareyslərilə gələn Azərbaycan vətəndaşlarından metaldan hazırlanmış, ümumilikdə 4 ədəd soyuq silah - 3 ədəd “beşbarmaq” və 1 ədəd dəyənək aşkar edilərək götürülüb.

Ümumilikdə 4 belə fakt aşkar edilib və bütün faktlarla bağlı təhqiqat aparılır”, - məlumatda deyilir.

DGK səlahiyyətli ekspert rəyinə istinadən bir daha xəbərdarlıq edir ki, əsasən kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı bu “beşbarmaq” və dəyənəklər, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən və mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silah hesab olunur və bununla əlaqədar digər məsuliyyət növlərilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu