2 yük maşını toqquşub: 1 ölü


Ağcabədidə ağır yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə Ağcabədi-Ağdam yolunda, rayonun Hüsülü kəndində qeydə alınıb.

Qəza "KAMAZ" və "TATRA" markalı iki yük maşınının toqquşması ilə baş verib. Hadisə zamanı "KAMAZ" markalı yük maşının sürücüsü Qasımov Malik Kazım oğlu ölüb. Digər "TATRA" markalı yük maşınının sürücüsü isə ağır bədən xəsarətləri alıb. Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu