Avqust ayında mediada ən çox tənqid olunan universitet...


Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin avqust ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1200 sayt (o cümlədən, 400 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Şirkət universitetərlə bağlı avqust ayı üzrə məlumatları təqdim edir.

2015-ci ilin avqust ayında elektron mətbuatda, yəni sayt və portallarda úniversitetlərlə əlaqəli 6585 xəbər yerləşdirilib. 6585 xəbərdən 6438-ü neytral, 142-i mənfi, 5-i isə müsbət xəbərdir.

Mənfi xəbərlər arasında üç universitet xüsusilə “seçilib”: Azərbaycan Texnologiya Universiteti (45 xəbər), Azərbaycan Dövlət İqtisad Universiteti (32 xəbər) və Gəncə Dövlət Universiteti (21 xəbər). Müsbət xəbərlərin hamısı isə Azərbaycan Dövlət Aqrar Universitetinə məxsusdur.

Xəbər sayına görə sıralama:

Bakı Dövlət Universiteti 967 xəbər
Azərbaycan Tibb Universiteti 634 xəbər
Azərbaycan Dövlət İqtisad Universiteti 499 xəbər
ADA Universiteti 344 xəbər
Azərbaycan Texnologiya Universiteti 338 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 750 xəbər dərc edilib. 750 xəbərdən 715 xəbər neytral, 23 xəbər mənfi, 12 xəbər isə müsbətdir.

Qəzetlərdə Azərbaycan Texnologiya Universitetindəki olay mənfi xəbərlərin əsas hissəsidir – 17 xəbər. Müsbət 12 xəbərdən 11-i isə Azərbaycan Dövlət İqtisad Universitetinə məxsusdur.

Xəbər sayına görə sıralama:

Bakı Dövlət Universiteti 177 xəbər
Azərbaycan Tibb Universiteti 80 xəbər
Aərbaycan Dövlət İqtisad Universiteti 53 xəbər
Bakı Slavyan Universiteti 46 xəbər
ADA Universiteti 39 xəbər

Avqust ayında televiziya kanallarında universitetlər haqqında 52 xəbər göstərilib:

Azərbaycan Tibb Universiteti 10 xəbər
Bakı Dövlət Universiteti 9 xəbər
ADA Universiteti 5 xəbər
Azərbaycan Dövlət İqtisad Universiteti 4 xəbər
Xəzər Universiteti 3 xəbər



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu