Nazir xidmət rəisini işdən çıxardı və... yeni vəzifə verdi


Kənd təsərrüfatı naziri Heydər Əsədovun müvafiq əmri ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova öz ərizəsinə əsasən vəzifəsindən azad edilib.

Virtualaz.org nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, o, Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin vəzifəsinin icrası müvəqqəti olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin müavini Azər İdris oğlu Süleymanova həvalə edilib.

Nazirliyin digər əmri ilə Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi Söhrab Əliyev tutduğu vəzifədən azad edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu