Bakı-Sumqayıt dəmiryolu ilə 8 qatar hərəkət edəcək


Bakı-Xırdalan-Sumqayıt dəmiryolu xəttində ilkin mərhələdə 8 qatar hərəkət edəcək. Bunu Trend-ə "Azərbaycan Dəmir Yollları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, Bakı-Sumqayıt dəmiryolunun əsaslı təmiri tam başa çatıb və qatarlar bu marşrut üzrə sentyabrın 15-dən hərəkət etməyə başlayacaqlar.

N.Əzməmmədov qeyd edib ki, ilkin mərhələdə xətdə 8 qatar hərəkət edəcək: "Onlardan üçü "Stadler" şirkətindən alınmış KISS ikimərtəbəli elektrik qatarları, beşi isə Riqadan aldığımız qatarlardır. Onların hamısı artıq Bakıya gətirilib və istismara hazırdır. Qlan iki "Stadler" qatarı isə Minsk zavodundadır və ilin sonunda Azərbaycana gətiriləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu