Xələf Xələfov pul dalınca Oman sultanlığına getdi


Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Oman sultanlığına səfər edib.

Virtualaz.org saytı bu ərəb ölkəsinin rəsmi mediasına istinadən xəbər verir ki, Xələfov və onu müşayiət edən nümayəndə heyəti sentyabrın 15-də paytaxt Muskat şəhərində Omanın ticarət və sənaye nazirinin müşaviri Möhsin ben Hamis əl-Baluşi ilə görüşüb. Həmçinin Oman silahlı qüvvələrinin Sultan Muzeyinə baş çəkib.

X.Xələfov Omanın ticarət və sənaye nazirinin müşaviri ilə görüşündə iki ölkə arasında ticarət-iqtisadi sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. Tərəflər həmçinin neft və kənd təsərrüfatı sahələrinə birgə investisiyalar barədə danışıblar.

X.Xələfov təklif edib ki, Oman şirkətləri Azərbaycan iqtisadiyyatına investisiyalar yatırsınlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu